Qida Təhlükəsizliyi Agentliyi, Sabunçu rayonu, R.Axundov küçəsində yerləşən “Moon Pub” restoranında yoxlama aparıb.
Agentlikdən verilən məlumata görə, yoxlama zamanı restoranın qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi və texniki normativ tələblərin pozulduğu müəyyən olunub.
Daha ətraflı olaraq, müəssisədə saxta alkoqollu içkilər aşkarlanıb və müvafiq nümunələr laboratoriyaya göndərilib. Araşdırmalar davam edir.
Faktla bağlı, restoran sahibi Zaur Əliyev barəsində inzibati protokol tərtib edilib və məhdudlaşdırıcı tədbirlərin tətbiq olunması qərarı verilmişdir.