EN

AMANSIZ QƏTL: Kişi arvadını doğradı, qalıqlarını qaynadıb gölə ATDI

Ajans.az xəbər verir ki, bu barədə “The Times of India” polis mənbələrinə istinadən məlumat yayıb.

Qurban 35 yaşlı Puttavenkata Madhavi olub. Yanvarın 18-də onun itkin düşməsi barədə məlumat yayılıb. Gurumurthynin əri Madhavi qadının qohumunu ziyarət etmək üçün mübahisə etdikdən sonra evi tərk etdiyini iddia edib.

Lakin polis bölməsində dindirilərkən o, qətli törətdiyini etiraf edib. Kişinin dediyinə görə, o, arvadını əsəbi halda öldürüb, daha sonra dəlilləri məhv etməyə cəhd edib. O, hamamda meyiti doğrayıb, hissələrini düdüklü qabda qaynadıb, sümükləri ayırıb, çəngəllə əzib, yenidən qaynadıb. Bu proses üç gün davam edib, bundan sonra qalıqlar torbalara yığılaraq yaxınlıqdakı gölə atılıb.

Hələlik polis şübhəlinin çantanı atdığını söylədiyi göldə heç bir qalıq tapa bilməyib. Axtarışlara xüsusi qruplar və kinoloqlar cəlb olunub. Hüquq-mühafizə orqanları yaxın günlərdə işin qətl kimi tövsif ediləcəyini və şübhəlinin həbs olunacağını bildiriblər. Hələlik istintaq “itkin düşmüş şəxs işi” kimi davam edir, çünki qətlin birbaşa sübutu tapılmamışdır.

Chosen
18
Ajans.az

1Sources