EN

Çin donanması yeni nəsil freqatla güclənib

Çindao hərbi-dəniz bazasında “Type-054B” sinifli freqatın Xalq Azadlıq Ordusunun Hərbi Dəniz Qüvvələrinə təhvil verilməsi mərasimi keçirilib.

Herbiand.az bildirir ki, gəmi Henan əyalətindəki bir şəhərin şərəfinə “Luohe” adlandırılıb.

Xatırladaq ki, Çin donanması üçün artıq 40-a yaxın “Type-054A” sinifli freqat hazırlanıb.

“Type-054A” freqatına nisbətən bu gəmilərin ölçü və yerdəyişməsinin artması silah və texnikanın çeşidini genişləndirməyə imkan verir. Yeni freqat hava hücumundan müdafiəni təmin etmək, sualtı qayıqlara qarşı mübarizə aparmaq, həm su üzərində, həm də quru hədəfləri vurmaq kimi müxtəlif vəzifələri həll etməyə qadirdir.

Əvvəllər bildirilirdi ki, “Type 054B” freqatları orta mənzilli HQ-16 raketləri və Yu-8 sualtı qayıq əleyhinə raketlər üçün 32 hüceyrəli H/AKJ-16 şaquli buraxılış sistemi ilə təchiz ediləcək. Bənzər bir quraşdırma əvvəlki nəsil freqatların arsenalına daxildir.

Körpünün önündə 30 mm-lik H/PJ-11 sistemi quraşdırılıb. Göyərtəsində 24 qısa mənzilli raketi olan HQ-10 zenit sistemi, habelə saxta hədəflər üçün buraxılış qurğuları da var. Əsas top 100 mm sursatla silahlanıb, ancaq “Type-054A”da bu 76 mm-lik mərmi idi.

Bəxtiyar CƏFƏRLİ

Chosen
10
herbiand.az

1Sources