EN

Boluda yanğında ölənlərin şəxsiyyətləri müəyyənləşib - Türkiyə Ədliyyə Nazirliyi

Bakı,TurkicWorld

Türkiyənin Bolu Kartalkaya Xizək Mərkəzində yerləşən Grand Kartal otelində baş verən yanğın nəticəsində həyatını itirən 78 nəfərin şəxsiyyətləri müəyyənləşib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Ədliyyə Nazirliyindən açıqlama verilib.

Nazirlikdən verilən məlumatda, "Boluda baş verən yanğında həyatını itirənlərin sayı 78-dir və bütün şəxsiyyətlər müəyyən edilib" - ifadəsi yer alıb.

Qeyd edək ki, sözügedən yanğın 21 Yanvar tarixində Türkiyədə Kartalkaya Xizək Mərkəzində oteldə baş verib. Hadisənin yerli vaxtla saat 03:30 radələrində , təxminən 234 qonağın qaldığı otelin restoran mərtəbəsində başladığı bildirilib. Bölgəyə xilasetmə və yanğınsöndürən qurumları göndərilsə də, yanğının qarşısını tez bir zamanda almaq mümkün olmayıb və böyük itkiyə səbəb olub. Hazırda məhkəmə istintaqı prosesi davam edir.

Chosen
1
turkic.world

1Sources