EN

Türkiyənin Ədliyyə Nazirliyi: Boluda hoteldə yanğın zamanı 78 nəfər həyatını itirib

Türkiyənin Bolu vilayətindəki Kartalkaya xizək kurortunda baş verən yanğın zamanı ölənlərin sayının 78 olması dəqiqləşib.

"Operativ Məlumat Mərkəzi-OMM" "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi hazırkı yekun nəticələrə əsasən məlumat verib.

Xatırladaq ki, hoteldə yanğın yanvarın 21-də gecə baş verib. Yanğın zamanı müəssisədə ümumilikdə 238 qonaq olub. Türkiyədə yanvarın 22-də matəm elan edilib. Dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bolu vilayətinə gedib, hadisədə həyatını itirən Gültəkin ailəsinin vida mərasimində iştitak edib.

Chosen
3
6
operativmm.az

10Sources