EN

Kaja Kallas: Avropa İttifaqının öz ordusuna ehtiyacı yoxdur

Təşkilata üzv 27 ölkə daxil olduğu üçün Avropa İttifaqının öz ordusuna ehtiyacı yoxdur.

APA xəbər verir ki, bu barədə bu barədə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə yeni Ali Nümayəndəsi Kaja Kallas “Anadolu Ajansına” bildirib.

“Biz NATO-nun artıq etdiklərini təkrarlamamalıyıq.Aİ-də 27 ordumuz var və onların hamısı əməkdaşlıq etdiyimiz bu kollektiv müdafiəyə töhfə verməlidir. Hər bir ölkənin müdafiə planı və müdafiə büdcəsi var ona görə deyə bilmərik ki, “bizə Avropa ordusu lazımdır” biz bunu deyə bilmərik, lakin NATO və Aİ-yə gəldikdə bu 27 üzvün birlikdə çox yaxşı işləməsinə ehtiyacımız var”- deyə Kallas bildirib.

Kallas vurğulayıb ki," NATO-da işləməli olduğumuz daha çox müttəfiq var və Türkiyə də onlardan biridir”

Chosen
20
33
apa.az

10Sources