EN

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Heç kəs inana bilmir ki, 31 il sonra AHİK sədri vəzifəsində lövbər salmış Səttar Möhbalıyev vəzifədən  uzaqlaşdılıb.

Səttar Möhbalıyev AHİK sədri vəzifəsindən uzaqlaşdırıldıqdan sonra sanatoriyalarda vəziyyət tam dəyişib.

Vəziyyət elə dəyişib ki, hətta xəstələrin dediklərinə görə, AHİK sədri Sahib Məmmədovun əmrilə "Bilgəh" sanatoriyasına yeni baş həkim təyin olunmuş Fuad həkim reabilitasiya məqsədilə (xəstəlikdən sonra) müalicə olunmaq istəyən xəstələrin ambulator müalicə almaları barədə xəstəxananın xəstəyə verdiyi arayışları qəbul etmir, xəstələrin xəstələndiyinə görə, buraxılan günləri bərpa etmir.

Amma deyəsən, AHİK sədri və "Bilgəh" sanatoriyasında baş həkim dəyişəndən sonra sanatoriyada hər şey tərsinə dövran edir və "sən saydığını say, gör fələk nə sayır"- deyimindəki kimi, "Bilgəh" və digər sanatoriyada vəziyyət daha da ağırlaşdırılıb.

Hər kəs gözləyirdi ki, Sahib Məmmədov müavini olduğu İqtisadiyyat nazırı Mikayıl Cabbarovdan aldığı "dərsdən sonra" bir qədər qaydaya düşüb. Lakin AHİK sədrinin sərəncamı ilə "Bilgəh" sanatoriyasına baş həkim təyin etdiyi şəxsin xəstəyə veriləm "abulator müalicə" alması barədə arayışı qanundankənar sayır, xəstənin buraxdığı günləri, cəmi 14 gün müalicə almaq hüququnu tanımır və putyovka üzrə biraxılmış günləri bərpa etməkdən imtina edir.

"Bilgəh" sanatoriyasının baş həkiminin qanunazidd hərəkəti göstərir ki, AHİK sədri Sahib Məmmədov baş həkim vəzifəsinə təyin etdiyi həkimlərə "Həmkarlar haqqında" Azərbaycan Respublikası Qanununa oxuyub, əməl etməyi tapşırmağı unudub.

Abbaszadə

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

1Sources