EN

Rusiyada azərbaycanlılara qarşı əməliyyat

Rusiya Federal Təhülkəsizlik Xidmətinin əməkdaşları Tver vilayətində azərbaycanlılara qarşı əməliyyat keçirib.

Turkustan.az Modern.az-a istinadla xəbər verir ki, Rusiya Milli Qvardiyasının əsgərləri və digər hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı Azərbaycan vətəndaşı olan 6 nəfər saxlanılıb.

Onların uzun müddət ərzində aksizi olmayan tütün və spirtli içki məhsullarının ticarəti ilə məşğul olduğu iddia edilib.

Məlumata görə, əməliyyat çərçivəsində müsadirə edilən məhsulların ümumi dəyəri 1 milyon rubl olaraq qiymətləndirilir.

Chosen
7
50
turkustan.az

10Sources