"Çelsi" və Portuqaliya millisinin müdafiəçisi Renatu Veyqa karyerasını İtaliyada davam etdirəcək.
Fanat.Az xəbər verir, məlumatı tanınmış insayder Fabritsio Romano "X" sosial şəbəkə hesabı üzərindən paylaşaraq yayıb.
Xəbərə görə, 21 yaşlı futbolçu bu mövsümü "Yuventus"la başa vuracaq.
Klublar icarə müqaviləsinə razılaşıblar. “Qoca sinyora” bu keçid üçün ingilislərə 5 milyon avro ödəyəcək.
Eyni zamanda, "Yuventus"un oyunçunu almaq imkanı olmayacaq. 2024/25 mövsümünün sonunda Veyqa Klublararası Dünya Kuboku zamanı "zadəganlar"a kömək etmək üçün yenidən Londona qayıdacaq.
Renatu Veyqa bu mövsüm 18 matça çıxıb. O, bu görüşlərdə 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
Mirağa