Olaylar.az xəbər verir ki, Rusiya Milli Qvardiyasının əsgərləri və digər hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı Azərbaycan vətəndaşı olan 6 nəfər saxlanılıb.
Onların uzun müddət ərzində aksizi olmayan tütün və spirtli içki məhsullarının ticarəti ilə məşğul olduğu iddia edilib.
Məlumata görə, əməliyyat çərçivəsində müsadirə edilən məhsulların ümumi dəyəri 1 milyon rubl olaraq qiymətləndirilir. (Modern.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31