Cənubi Koreyanın impiçment elan edilmiş sabiq Prezidenti Yoon Suk Yeolun yeri məlum olub.
Parol.az xəbər verir ki, o, hüquq-mühafizə orqanları tərəfindən dindirildikdən sonra Seul yaxınlığındakı təcridxanaya aparılıb.
Bildirilir ki, Yeol saxlanıldıqdan sonra Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən təxminən 10 saat sorğu-sual edilib.