EN

ByteDance süni intellektə 12 milyard dollar sərmayə yatıracaq

ByteDance 2025-ci ildə süni intellekt infrastrukturuna 87,2 milyard yuan (12 milyard dollar) sərmayə qoymağı planlaşdırır. Bunun 5,5 milyard dolları Çində çip istehsalına, 6,8 milyard dolları isə xaricdə model təlimlərinə ayrılacaq. Yerli sifarişlərin əksəriyyəti Huawei və Cambricon kimi Çin şirkətlərinə yönəldiləcək.

Tramp süni intellektin inkişafına 500 milyard dollar sərmayə qoyacaq - YENİ ŞİRKƏT YARADACAQ

FED.az xəbər verir ki, bu investisiyalar ABŞ-ın TikTok-un satılması ilə bağlı təzyiqləri fonunda həyata keçirilir. ABŞ siyasəti ByteDance-in IPO planlarına təsir edə bilər, lakin şirkət özünü 300 milyard dollar dəyərində qiymətləndirir.

ByteDance generativ AI sahəsində Baidu, Alibaba və Tencent kimi yerli rəqibləri ilə rəqabət aparır. Şirkətin 2023-cü ildə istifadəyə verdiyi Doubao chatbotu 71 milyon aylıq istifadəçiyə çataraq lider mövqeyə yüksəlib.

Chosen
38
50
fed.az

10Sources