2024-cü ildə Azərbaycandan 61 milyon 900 min dollar dəyərində 97 min 786 ton alma ixrac edilib.
Bu barədə Marja.az Dövlət Gömrük Komitəsinin aylıq statistikasına istinadən xəbər verir.
2023-cü ildə Azərbaycandan 57 milyon 246 min dollar dəyərində 91 min 229ton alma ixrac edilmişdi.
Beləliklə, Azərbaycandan alma ixracı 2024-cü ildə 2023-cü illə müqayisədə dəyər ifadəsilə 4 milyon 654 min dollar və ya 8,1%, miqdar ifadəsilə 6 min 557 ton və ya 7,2% artıb.