ABŞ-ın Tennessi ştatının Neşvil şəhərində liseydə silahlı şəxs intihar etməzdən əvvəl bir qız şagirdini güllələyərək öldürüb, digərini isə yaralayıb.ABŞ mətbuatında yer alan xəbərlərə görə, Antakya Liseyində təhsil alan 17 yaşlı şagird məktəb bufetində odlu silahdan atəş açıb.Hücum nəticəsində bir qız şagird ölüb, digəri isə yaralanıb. Hücum edən şəxs intihar edib.Yüzlərlə şagirdi olan məktəb Neşvil şəhərinin mərkəzindən təxminən 10 mil cənub-şərqdə yerləşir.