EN

Azərbaycana qarşı təhqirlər səsləndirən əyalət mollası susqunluğunu pozdu - “Qorxmuram”

“Nameh News” saytı iddia edir ki, İranın ali rəhbərinin Ərdəbil əyalətindəki nümayəndəsi və Ərdəbilin cümə imamı Həsən Amuli guya “Azərbaycan rəsmilərinin dəfələrlə onu öldürməklə təhdid etməsinə” reaksiya verib.

Hökumət mollası “X” hesabında Hafiz Şirazinin qəzəllərindən bir beyt paylaşaraq yazıb:

“Minlərlə düşmən məni məhv etmək istəsə də, narahat deyiləm. Əgər sən mənim dostumsansa, mən düşmənimdən qorxmuram”.

Mənbə: musavat.com

Chosen
23
50
musavat.com

10Sources