EN

Memarlıq abidəsinə müdaxilə faktı aşkar edilib (FOTO)

Bakı. Trend:

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı vəBərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsi tərəfindənyanvarın 9-da Yasamal rayonu, Rostropoviçlər küçəsi, 19 ünvanındayerləşən 5595 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsinəmüdaxilə faktı aşkar edilib.

Bu barədə Trend-ə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, abidəyə baxış keçirən zaman qanunsuz söküntüişlərinin aparıldığı müəyyən edilib. Əraziyə dəvət olunmuşaidiyyəti dövlət orqanlarının əməkdaşları ilə birgə söküntü işləridayandırılıb.

"Aparılan qanunsuz müdaxilə hallarının aradan qaldırılması iləbağlı xəbərdarlıq olunub.

Buna baxmayaraq 19 yanvar tarixində qanunsuz söküntü işlərininyenidən təkrarlandığı aşkar edilib. Aşkar olunmuş fakt üzrə DövlətŞəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq vəŞəhərsalma Baş İdarəsi ilə birgə qanunsuz görülən işlərdayandırılıb.

Abidənin əvvəlki vəziyyətinə qaytarılması üçün tədbirlər davametdirilir", - deyə məlumatda qeyd olunub.

Memarlıq
Memarlıq
Memarlıq
Məqalədə:
Chosen
33
26
az.trend.az

10Sources