EN

Narışkin narahatdır - “2025-ci il sakit olmayacaq”

Bu il dünyada vəziyyət sakit olmayacaq.

“AzPolitika” xəbər verir ki, bu proqnozu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin “RİA Novosti” ilə söhbətində verib.

"Bu gün artıq aydındır ki, 2025-ci il sakit il olmayacaq", - Narışkin qeyd edib.

Onun fikrincə, bu il vəziyyət regional və qlobal oyunçuların nə qədər sağlam düşüncəyə malik və təmkinli olmasından asılı olacaq.

Narışkin iddia edir ki, hazırda birqütblü dünya nizamından “yeni, ədalətli dünya düzəni”nə keçid prosesi gedir. Onun sözlərinə görə, bu proses “çox çətindir və onun riskləri var”.

Yada salaq ki, ötən ilin dekabrında Narışkin bəyan etmişdi ki, kollektiv Qərb dünyadakı dominant mövqeyini qorumaq üçün fövqəladə tədbirlər görməyə hazırdır və bunun üçün episentri Avrasiyada olan qlobal münaqişəyə başlanması da mümkündür.

“AzPolitika.info”

Chosen
13
11
azpolitika.info

10Sources