EN

Fransada içməli suda zəhərli maddələr aşkarlanıb -"Le Monde"

Fransada, xüsusilə Parisdə içməli suda yüksək miqdarda təhlükəli maddələr qeydə alınıb. Bu barədə xarici KİV məlumat yayıb. Saytlar “Le Monde” qəzetinə istinad ediblər. 

Arzuolunmaz nəticəni beynəlxalq araşdırma şirkəti olan "Eurofins" və Fransanın “Generations Futures” ətraf mühit təşkilatının müstəqil araşdırmaları ortya qoyublar.

Qeyd olunub ki, hazırda fransızlar daha çox krandan su içirlər. Tədqiqat zamanı mütəxəssislər yüksək konsentrasiyalarda PFAS aşkar ediblər. Bunlar tərkibində çoxlu sayda flor atomu olan mürəkkəb üzvi molekullardır. PFAS teflon istehsalında, həmçinin polimerlərin, boyaların, örtüklərin və müxtəlif istehlak materiallarının istehsalında geniş istifadə olunur.

“Biz Fransanın hər yerində su, qida və istehlak məhsullarında aşkarlanan PFAS-ın səviyyələrini yaxından izləyirik”, – məqalədə yazılıb.

Tural

Chosen
28
2
news365.az

10Sources