Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç müxalifətin hakimiyyəti zorla ələ keçirmək planlarının məlum olduğunu, dövlətin hərbi təşkilatının bütün strukturlarında müvafiq tədbirlər və qərarların qəbul edildiyini bəyan edib.
News24.az TASS-a istinadən xəbər verir ki, Volfoviç bu barədə prezident seçkilərində seçki məntəqəsində erkən səsvermədən sonra bildirib.
“Biz sərhədin o tayındakı opponentlərimizin planlarını bilirik və bu barədə onlara dəfələrlə məlumat vermişik. Baxmayaraq ki, onlar deyirlər ki, bu, bütün fərziyyə və uydurmadır, amma konkret olaraq bu işdə iştirak edən şəxs (söhbət Belarusda t*er*ror təşkilatı kimi tanınan Kalinovski alayının tərkibində Ukraynada hərbi əməliyyatlarda iştirak edən muzdlu Vasili Veremeyçikdan gedir) ölkəmizdə hakimiyyəti zorla ələ keçirmək cəhdi ilə bağlı fikirlərin olduğunu göstərir”, - deyə o qeyd edib.
O vurğulayıb ki, bu cür planlar barədə məlumatlı olmaq əks tədbirlərin işlənib hazırlanmasını və bu çağırışların milli təhlükəsizliyə təhdidlərə çevrilməməsi üçün onları zərərsizləşdirməyi asanlaşdırır.
“Biz müvafiq tədbirlər görmüşük, dövlətin hərbi qurumunun bütün strukturlarında müvafiq qərarlar qəbul edilib. Bu gün milli təhlükəsizliyi təmin edən bütün qüvvə və vasitələr xidmətə başlayıb və hər biri öz ərazilərində gücləndirilmiş iş rejimində xidmət göstərir”, - deyə Volfoviç bildirib.
Aynurə