EN

"NATO üçün hərbi təhlükə yaratmırıq!" -Puşkov

Rusiyalı senator Aleksey Puşkov Teleqram kanalında diqqət çəkən açıqlamalar yazıb. O, bildirib ki, NATO-nun baş katibi Mark Rüttenin Ukraynanın məğlubiyyəti halında Qərb ölkələrinin böyük xərclərə məruz qalması ilə bağlı sözləri tamamilə cəfəngiyyatdır.

Puşkov vurğulayıb ki, NATO Kiyevi dəstəkləmək üçün indiki böyük xərclərə haqq qazandırmaq üçün ümidsizcəsinə yalan danışır.

“Rüttenin bəyanatı tamamilə cəfəngiyatdır. Bu, Avropa və ABŞ-də Rusiyaya qarşı heç bir ciddi əsas olmadan sonsuz “soyuq müharibə” aparmaq niyyətində olan siyasi qüvvələrin mövqeyini ifadə edir. Çünki Rusiya NATO üçün hərbi təhlükə yaratmır”, - Puşkov bildirib.

Bundan əvvəl Rütte bəyan etmişdi ki, Ukraynanın münaqişədə uğursuzluğu Şimali Atlantika Alyansına və bütövlükdə Qərb ölkələrinə “milyardlar” deyil, “trilyonlarla” ölçülən bir vəsaitə başa gələcək. Alyans rəhbəri açıq şəkildə deyib ki, bu, geosiyasi məsələdir.



Tural

Chosen
13
3
news365.az

10Sources