EN

David Matikaşvili: Estoniyanın Gürcüstanın daxili işlərinə qarışmağa haqqı yoxdur

Tbilisi, 23 yanvar, AZƏRTAC

“Estoniyanın hazırkı hakimiyyəti hər cür rasional yanaşma çərçivəsindən kənara çıxıb. Bu, bəzi Avropa ölkələrində mövcud olan agentokratiyanın açıq nümunəsidir. Onlar Gürcüstanın daxili işlərinə qarışmaq səlahiyyətinə malik deyillər”.

AZƏRTAC xəbər verir ki, bu sözləri hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının deputatı David Matikaşvili Estoniya parlamentinin Gürcüstanla bağlı qəbul etdiyi bəyanata münasibət bildirərkə söyləyib.

Onun sözlərinə görə, Estoniyanın Gürcüstanın daxili işlərinə müdaxilə etməyə haqqı yoxdur. Dünya siyasətində yeni reallıqlar formalaşıb və hər bir ölkə öz suverenliyinin gücləndirilməsi üçün çalışmalıdır.

Deputat Gürcüstanın bütün legitim addımlarının ABŞ tərəfindən tanındığını vurğulayaraq Avropa parlamentlərini bu siyasətə diqqət yetirməyə çağırıb.

Qeyd edək ki, Estoniya parlamenti Gürcüstanın prezidentinin, parlamentinin və hökumətinin legitimliyini tanımadığına dair bəyanat qəbul edib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Chosen
10
11
azertag.az

10Sources