Müğənni Aysun İsmayılova tanınmış vəkil olan həyat yoldaşından boşanır.
İddialara görə, tərəflər artıq bununla bağlı hüquqi addımlar atıblar.
Yenisabah.az xəbər verir ki, iddialar barədə R. Vəliyev lent.az-a açıqlamasında bildirib ki, ailədə problemlər olsa da, hələlik bununla bağlı məhkəməyə müraciət olunmayıb: "Mənim kobud və soyuq xarakterdə olmağıma görə müəyyən problemlər var, amma boşanma qərarı və ya iddia verilməyib məhkəməyə".
Qeyd edək ki, cütlük 2 il öncə ailə qurmuşdular və onların Sevgi adlı qız övladı var.
Telegram kanalımız