EN

Tramp Meksika sərhədinə 10 min hərbçi yerləşdirmək istəyir – Miqrantlarla bağlı sərt tədbirlərə başlanılıb

ABŞ Meksika sərhədində təhlükəsizliyi artırmaq üçün bölgəyə əlavə 1500 əsgər göndərəcək.

“AzPolitika” xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi (Pentaqon) məlumat yayıb.

Məlumatda ABŞ Prezidenti Donald Trampın and içməsindən sonra bölgədəki aktiv təhlükəsizlik qüvvələrinin sayının 60 faiz artacağı qeyd olunub. Sərhədə həmçinin əlavə hava kəşfiyyatı, müşahidə və dəstək personalının təyin edilə biləcəyi də bildirilib.

Digər tərəfdən, “Washington Post” qəzetinin özəl mənbələrdən əldə etdiyi məlumata görə, Tramp Meksika sərhədinə 10 min əsgər yerləşdirməyi planlayır.

Sənəddə qeyd olunur ki, sərhəddə saxlanılan şəxslərin hava yolu ilə deportasiyası üçün göstərişlər verilib.

Həmçinin 10 min çarpayılıq 4 yeni təcridxananın, 700-dən 1000 nəfərə qədər tutumlu 14 kiçik müəssisənin açılması, bəzi hərbi bazaların həbsxana kimi istifadə edilməsinin nəzərdə tutulduğu da bildirilir.

Sənəddə həmçinin qeyd olunur ki, hökumətin deportasiya hədəflərinə çatmaq üçün əlavə maliyyə vəsaiti tələb oluna bilər.

“AzPolitika.info”

Chosen
6
50
azpolitika.info

10Sources