İsrail Təhlükəsizlik Qüvvələri “Hizbullah”a casusluq edən Qüds sakinini həbs edib.
Ölkə.Az xarici mediaya istinadən xəbər verir ki, İsrail polisi və Şin Bet (ŞABAK) əməliyyat keçirib və nəticədə Şərqi Qüdsün 32 yaşlı sakini həbs edilib.
O, Hizbullah üzvləri ilə əlaqə yaratmaqda və onlar üçün məlumat toplamaqda şübhəli bilinir.
Həbs 2024-cü il dekabrın 25-də baş tutub.
İstintaqın məlumatına görə, həmin şəxs bir neçə il əvvəl “Hizbullah”la əlaqəli “Müqavimət oxu”na qoşulub. Bunun üçün o, təşkilatın xaricdəki fəalı ilə əlaqə yaradıb və ona məlumat ötürməyə başlayıb: “Qadın əvvəllər bir sıra Şərqi Qüds sakinlərini işə götürmüşdü və sonradan onlar xarici agentlə əməkdaşlıqda ittiham olunurdular.
İstintaq həmçinin müəyyən edib ki, həbs edilən şəxs eyni fəalla əməkdaşlıq edən Şərqi Qüds sakinləri ilə əlaqə saxlayıb. O, onlardan birinə “həssas” obyektlərin fotoşəkillərini ötürüb. Üstəlik, şübhəli dəfələrlə İordan çayının qərb sahilindəki Cenin şəhərinə səfər edib, burada silahlılarla görüşüb, onlarla şəkil çəkdirib və görünür, planları müzakirə edib”, - deyə bildirilir.