EN

Ötən il Azərbaycanla İsveçrənin ticarət dövriyyəsi 86% artıb

2024-cü ildə Azərbaycanla İsveçrә arasında ticarət dövriyyəsi 464 milyon 269 min ABŞ dolları təşkil edib.

APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 86.2% və ya 214 milyon 898 min ABŞ dolları artıb.

Hesabat dövründə Azərbaycandan İsveçrəyə qeyri-neft məhsulları ixracı 25.7% artaraq 220 milyon 429 min ABŞ dollarına, İsveçrədən Azərbaycana ixrac isə 3.3 dəfə artaraq 243 milyon 843 min ABŞ dollarına bərabər olub.

Bu dövrdə Azərbaycandan İsveçrə əsasən emal olunmamış qızıl, gümüş, mis filizləri və konsentratları, meşə fındığı və digər məhsullar ixrac edilib.

Qeyd edək ki, ötən il Azərbaycanla İsveçrə arasında ticarət dövriyyəsi, ölkənin ümumi ticarət dövriyyəsinin 0.98%-nə bərabər olub.

Xatırladaq ki, 2024-cü ildə Azərbaycanın ticarət dövriyyəsi 47 milyard 612 milyon ABŞ dolları, qeyri-neft ixracı isə 3 milyard 356.5 milyon ABŞ dolları təşkil edib.

Chosen
12
43
apa.az

10Sources