EN

Google Rusiyanı 2 milyard rubl məbləğində cərimələdi

Google korporasiyası Böyük Britaniyanın Beynəlxalq Arbitraj Məhkəməsində Rusiyanın iki decillyon rubl məbləğində cərimələnməsinə etiraz edib.

 

Oxu24.com xəbər verir  ki,bu barədə Bloomberg məhkəmənin qərarına istinadən məlumat yayıb.

 

Məhkəmə Rusiya tərəfinin hərəkətlərini “beynəlxalq məcburiyyətin razılaşdırılmış strategiyası” kimi qiymətləndirib. Bu baxımdan, jurnalistlərin qeyd etdiyi kimi, cərimə qanunsuz hesab edilib.

 

Ötən il oktyabrın sonunda Rusiya televiziya şirkətləri “YouTube” videohostinq saytında hesabların bloklanmasına görə Google-dan iki milyard rubl tələb ediblər. İşə aşağıdakı telekanallar cəlb olunub: “Zvezda”, “Birinci Kanal”, “Moskva Media”, “TV Center”, NTV, “Rossiya 1”, “Rossiya 24” və s.

 

Yanvarın 22-də İngiltərə və Uelsin Ali Məhkəməsi Rusiya telekanallarına YouTube kanallarının bloklanması ilə bağlı Google-u məhkəməyə verməyi qadağan edib. Məhkəmə korporasiyanın mövqeyi ilə razılaşıb və müəyyən edib ki, Rusiya mediası ilə şirkət arasında bütün mübahisələr Britaniya qanunları ilə tənzimlənir.

 

Bundan əvvəl Rusiya 2021-ci ildən başlayaraq Google-a qarşı cərimələrin məbləğini açıqlamışdı.

 

Nigar

 

Chosen
11
9
oxu24.com

7Sources