ABŞ-nin yeni Prezidenti Donald Trampın qızı İvanka Trampın andiçmə mərasimində taxdığı zinət əşyalarının ümumi dəyərinin 1,1 milyon dolları keçdiyi məlum olub.
“Cebheinfo.az” xəbər verir ki, 43 yaşlı İvanka andiçmə mərasimlərində “Leviev” brendindən seçdiyi brilyantlarla diqqət çəkib.
Mərasim öncəsi şam yeməyində 900 min dollar dəyərində sırğa taxan İvanka məclis gecəsində 180 min dollarlıq brilyant boyunbağı və 60 min dollarlıq sırğa ilə göz qamaşdırıb.
İvankanın mərasimdə seçimi 1954-cü ildə çəkilmiş “Sabrina” filmində Audrey Hepburnun geyindiyi tarixi paltardan ilhamlanan xüsusi dizayn olub.
İvanka “Givenchy” komandasına təşəkkür edərək Hepburnun ikonik geyiminin yenidən hazırlanmasından məmnunluğunu ifadə edib.