EN

Azərbaycan çempionatının yarışları Şəmkirdə keçiriləcək

Şəmkir Olimpiya İdman Kompleksində şahmat üzrə 8, 10, 12, 14, 16 yaşadək oğlanlar və qızlar arasında Azərbaycan çempionatının seçmə yarışları təşkil olunacaq.

Apasport.az xəbər verir ki, turnirlər AŞF ilə Gənclə və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək.

İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq yarışda yüksək yerlər tutanlar müvafiq yaş qrupları üzrə Azərbaycan çempionatında iştirak hüququ qazanacaqlar. Ölkə çempionatının seçmə yarışlarında Bakıdan əlavə, 20 şəhər və regiondan 230 yeniyetmənin iştirakı gözlənilir.

Qeyd edək ki, yanvarın 25-də başlayacaq turnir fevralın 2-də yekunlaşacaq.

Şahmatçılarımız dünya çempionatında

Maqnus Karlsen dünya çempionatından qovulub

Azərbaycan Nyu-Yorkda 15 şahmatçı ilə təmsil olunur

Karlsen növbəti çempionluğunu qazanıb

Eltac Səfərlidən qələbə və heç-heçə

Chosen
20
apasport.az

1Sources