EN

Metyu Rayan “Roma”nı “Lans”a dəyişdi

Futbol üzrə Avstraliya milli komandasının qapıçısı Metyu Rayan İtaliyanın “Roma” klubundan ayrılaraq “Lans”a keçib.

Arena.az bu barədə Fransa klubunun rəsmi saytına istinadən xəbər verir.

32 yaşlı qolkiperin Liqa 1 təmsilçisinə keçidi “Roma”ya 800 min avro qazandırıb. Metyu “Lans”la müddəti bu mövsümün sonunadək nəzərdə tutulmuş müqavilə imzalayıb.

Xatırladaq ki, “canavarlar” Metyu Rayanı cari mövsümün əvvəlində Niderlandın “Alkmar” klubundan azad agent kimi heyətinə qatmışdı. Şotlandiya və Avstraliya vətəndaşlığına malik 32 yaşlı qolkiper “Roma” ilə 1+2 illik müqavilə bağlamışdı. Amma Rayan İtaliya klubunun əsas komandasında cəmi 1 oyuna çıxıb və 1 qol buraxıb.

Metyu Rayan karyerası ərzində “Bləktaun Siti”, “Sentral Koast Mariners”, “Brügge”, “Valensiya”, “Genk”, “Brayton”, “Arsenal”, “Real Sosyedad” və “Kopenhagen” kimi klubların da formasını geyinib.

Avstraliyanın U-20 və U-23 yığmalarında da oynamış Rayan, əsas millidə 95 oyuna çıxıb. O, bu oyunlarda 87 qol buraxıb, 41 matçdan “quru” qurtulub.

Chosen
27
arena.az

1Sources