Azərbaycan Talışlarının İctimai Şurasının İdarə Heyətinin üzvü Hilal Məmmədov DTX-da dövlətə xəyanətdə ittiham olunan tədqiqatçı İqbal Əbilovun işi üzrə şahid qismində dindirilib.
H.Məmmədov iki saata yaxın davam edən dindirmədə Əbilovun fəaliyyəti, elmi əsərləri ilə bağlı sorğu-sual edildiyini, gənc tədqiqatçının təqsirsizliyindən əmin olduğunu söylədiyini bildirib.
Talış xalqı ilə bağlı bəzi elmi mövzuları özünün İ. Əbilova təklif etdiyini deyən H. Məmmədov onu gənc alim, tədqiqatçı və pedaqoq kimi tanıdığını deyib.
"Azərbaycan ziyalılarının belə görkəmli nümayəndələri həbsdə olmamalıdırlar, elmi tədqiqatlarını davam etdirmək üçün azadlıqda olmalıdırlar", - Məmmədov bildirib.
(Turan)