EN

Mediland Hospital bu şirkətdən maddi ziyan tələb edir

Mediland Hospital “Sərham” şirkətini məhkəməyə verib. 

Hit.az xəbər verir ki, hospitalın iddiasına Bakı Kommersiya Məhkəməsində baxılacaq.

Fevralın 25-nə iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib.

İclasa hakim Nərmin Əhmədova sədrlik edəcək.

Mediland Hospitalın iddia tələbi maddi ziyanın ödənilməsi ilə bağlıdır. 

Abbas

Chosen
18
2
hit.az

10Sources