EN

İbtidai siniflər üçün olan ingilis dili dərsliyinin məzmunu ağırdır İDDİA VƏ RƏSMİ CAVAB/VİDEO

Son vaxtlar valideynlər məktəblərdə ibtidai siniflərdə tədris olunan ingilis dili dərsliyinin və mövzuların çətinliyi ilə bağlı narazılıq edirlər. Onlar deyirlər ki, tədris proqramına salınan materiallar ibtidai sinif şagirdlərinin bilik səviyyəsinə uyğun deyil.

Hətta müəllimlərin özləri belə orta məktəblərdəki İngilis dili kitablarındakı məzmunların ağırlığından şikayət edirlər. Xezerxeber.az-ın məlumatına görə,

valideynlər deyirlər ki, ibtidai sinif üçün nəzərdə tutulan bu dərsliklərdə verilən mövzular onlara tədris edilən digər dərslərdən qat-qat çətindir.

Onların sözlərinə görə, ingilis dilində tədris olunan materialların çətinliyi səbəbindən uşaqları repititor yanına göndərməyə məcbur olurlar.

Təhsil ekpertləri bildirirlər ki, digər ölkələrin məktəblərində tədris olunan xarici dil onun kontingentinə, yəni həmin dilə olan tələbata uyğun keçirilir. Azərbaycanda da 11 il ərzində əsas xarici dil kimi ingilis dili tədris olunsa da, şagirdlər məktəb vəsaitləri ilə bu dili öyrənə bilmirlər.

Məsələ ilə bağlı Təhsil İnsitutundan "Xəzər Xəbər"ə bildirildiki, dilin tədrisi üzrə ixtisaslaşmış hər bir nəşriyyat asan, orta və çətin olmaqla, 3 kateqoriya üzrə dərsliklər hazırlayır. Hazırda məktəblərdə tədrisi aparılan dərsliyin nəşriyyatı da dünyada ingilis dilinin tədrisi üzrə ixtisaslaşmış ən nüfuzlulardan biridir. Həftəlik dərs saatlarının sayı, təqdim olunan materialların səviyyəsi və komplektə daxil olan resurslar baxımından bu seriya Azərbaycanın təhsil sisteminə daha uyğundur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
24
21
xezerxeber.az

10Sources