"Qarabağ" Avropa Liqasının Liqa mərhələsində 7-ci tur oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisi evdə FCSB (Rumıniya) ilə qarşılaşıb. T
ofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, turnir cədvəlində FCSB 14 xalla 6-cı, "Qarabağ" isə 3 xalla 33-cü yerdə qərarlaşıb. Bu isə o deməkdir ki, növbəti matçın nəticəsindən asılı olmayaraq Ağdam təmsilçisi pley-off şanslarını itirib.
"Qarabağ" (Azərbaycan) - FCSB (Rumıniya) 2:3
Qollar: Leandro Andrade, 1 (1:0), Şut, 7 (1:1), Nqezana, 41 - avtoqol (2:1), Mikulesku, 45+4 (2:2), Şut, 73 (2:3)