EN

Ermənistanda keçmiş komitə sədri saxlanılıb

Ermənistanın Dövlət Əmlakının İdarə Edilməsi Komitəsinin keçmiş sədri, Respublikaçılar Partiyasının üzvü Arman Saakyan saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə "Factor TV" hüquq-mühafizə sistemindəki mənbələrə istinadən məlumat yayıb.

Ona qarşı çirkli pulların yuyulması ilə bağlı cinayət işi açılıb.

"Digər təfərrüatlar hələ məlum deyil, onun vəkilinin şərhini ala bilmədik", - Factor TV bildirib.

Xatırladaq ki, Arman Saakyan Ermənistan parlamentinin keçmiş sədri (2014-2017-ci illər -red) Qalust Saakyanın oğludur. A.Saakyan özü də Ermənistan parlamentinin deputatı olub. Eyni zamanda "Sovrano" şirkətinin sahibidir.

Chosen
6
13
report.az

6Sources