ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyalar tətbiq etmək istəmədiyini bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o bu barədə "Fox News" telekanalına müsahibəsində deyib.
“Əgər onlar Ukraynadakı münaqişəyə son qoymaq üçün razılığa gəlməsələr, mən böyük sanksiyalar tətbiq edəcəm. Mən bunu etmək istəmirəm. Bilirsiniz, mən rus xalqını sevirəm. Onlar gözəl insanlardır. Mən bunu etmək istəmirəm", - deyə o bildirib.