EN

Marko Rubio ABŞ-nin NATO-ya sadiqliyini bir daha təsdiqləyib

Bakı. Trend:

ABŞ dövlət katibi Marko Rubio ABŞ prezidenti Donald Trampınxarici siyasət prioritetlərini açıqlayıb və Vaşinqtonun ŞimaliAtlantika Alyansına sadiqliyini təsdiqləyib.

Trend-inməlumatına görə, bu barədə ABŞ Dövlət Departamenti bildirib.

"Rubio ABŞ-nin NATO-ya sadiqliyini və beynəlxalq təhlükəsizliküçün alyansın qorunmasının vacibliyini bir daha təsdiqləyib", -deyə M.Rubio ilə NATO-nun baş katibi Mark Rutte arasında baş tutantelefon danışığı barədə məlumatda bildirilib.

Həmsöhbətlər alyans ölkələrinin müdafiəsini təmin etməyə qadirmüttəfiqlərin olmasının vacibliyini, müdafiə xərclərinin NATOdaxilində real bölüşdürülməsini müzakirə ediblər.

Tərəflər həmçinin Ukrayna münaqişəsinin sülh yolu ilə həllininzəruriliyini qeyd edib və Avro-Atlantik və Hind-Sakit okeanregionları arasında sıx əməkdaşlıq və qarşılıqlı anlaşmanıntərəfdarı olduqlarını bildiriblər.

Chosen
17
50
az.trend.az

10Sources