EN

Onun zənginə görə Putin iclası tərk etdi

Rusiya Prezidenti Vladimir Putin videobağlantı vasitəsilə iştirak etdiyi Strateji Təşəbbüslər Agentliyinin şurasının iclasını tələsik tərk etməli olub.

Publika.az TASS-a istinadən xəbər verir ki, buna səbəb Putinə dünya liderlərindən birinin zəng etməsi olub.

Rusiya lideri telefonla danışmaq üçün “beş dəqiqəlik” uzaqlaşmaq məcburiyyətində qaldığını bildirib:

“Beynəlxalq telefon danışığı aparmalıyam. Əvvəlcədən üzr istəyirəm. Beş dəqiqə ekrandan uzaqlaşmalıyam. Danışıb qayıdacağam”, - Putin deyib.

Rusiya lideri daha sonra iclasa qayıdıb.

Chosen
27
publika.az

1Sources