Bakı. Trend:
Nəsimi Rayon Polis İdarəsinə bir qrup şəxs ərizə ilə müraciətedərək özünü onlayn iş təklif edən şirkətlərdən birinin rəhbərikimi təqdim edən Rufət adlı şəxsin internet üzərindən alqı-satqıetmək istiqamətində təlim kursu keçmək vədi ilə onların müxtəlifməbləğlərdə pul vəsaitlərini ələ keçirib dələduzluq etdiyinibildiriblər.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, həmin şəxs - 27 yaşlıRüfət Şirəliyev polis əməkdaşları tərəfindən müəyyən olunaraqsaxlanılıb.
Araşdırmalar zamanı aşkar edilib ki, R.Şirəliyev özünü"Instagram" sosial şəbəkəsində heç bir müvafiq qeydiyyatı olmayanşirkətin rəhbəri kimi təqdim edib və şəbəkə hesabında çəkdiyivideolarda “Shopify” platforması üzərindən onlayn alqı-satqı etməküçün təlim kursları təşkil etdiyini bildirib. Kursu mənimsəyənşəxslərin külli miqdarda gəlir əldə edə biləcəklərini deməkləinsanlarda təlimə həvəs oyadaraq onların pul vəsaitlərini ələkeçirməyə nail olub.
Həmçinin, müəyyən edilib ki, R.Şirəliyev bir neçə şəxsi guyahazır biznesini satacağı adı ilə aldadaraq pul vəsaitlərini ələkeçirib, eləcə də təlimə gələn şəxslərin noutbuklarını proqramköçürmək bəhanəsi ilə onlardan alıb lombarda qoyaraq pulgötürüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
R.Şirəliyevin əməllərindən zərər çəkən başqa vətəndaşlar varsabu barədə polis orqanlarına məlumat verə bilərlər.