EN

Trampın planı bəlli oldu: Neftin qiymətini bu yolla aşağı salacaq, dünyada hər şey...

ABŞ Federal Ehtiyat Sisteminin (FRS) əsas faiz dərəcəsinin əhəmiyyətli dərəcədə azaldılması neft qiymətlərinin aşağı düşməsinə səbəb olacaq.

Publika.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.

Ağ Evin yeni rəhbərinin sözlərinə görə, neft ucuzlaşdıqda “amerikalılar və bütövlükdə dünya üçün hər şey ucuzlaşacaq”. Bundan əlavə, inflyasiyanın səviyyəsi aşağı düşəcək, bu da bank faizlərinin daha da aşağı salınmasına şərait yaradacaq. Lakin Trampın bu məsələni müzakirə etmək üçün FED rəhbərliyi ilə dəqiq nə vaxt görüşəcəyini prezident hələ dəqiqləşdirməyib.

Ötən ilin dekabr ayının ikinci yarısında FED növbəti dəfə faiz dərəcəsini endirdi . O, 25 baza bəndi - illik 4,25-4,5 faizə endirilib. Qərar iqtisadi fəallığın artması və inflyasiyanın hədəfə yaxınlaşması ilə əsaslandırılıb. Bundan əlavə, əmək bazarında vəziyyət yaxşılaşıb.

Chosen
2
15
publika.az

10Sources