EN

"Rusiya ilə yox, ABŞ ilə əməkdaşlıq edin" - Zelenski

Avropa enerji resursları məsələsində Rusiya ilə yox, ABŞ və digər qlobal tərəfdaşlarla daha sıx əməkdaşlıq etməlidir.   Manset.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində deyib. O bildirib ki, enerji resursları məsələsi, xüsusilə neft amili sülh və real təhlükəsizlik üçün ən kritik amillərdən biri olaraq qalır.

V.Zelenski, həmçinin qeyd edib ki, güc vasitəsilə sülhə nail olmaq mümkündür: “Biz buna inanırıq. Əsas odur ki, ləngiməyək və Rusiyaya təzyiqi saxlayaq”.

Chosen
7
10
manset.az

10Sources