EN

Ötən il Azərbaycan xaricdən 1 ton buğdanı orta hesabla 43 dollar daha ucuz alıb

2024-cü ildə xaricdən Azərbaycana 279 milyon 681 min dollar dəyərində 1 milyon 292 min 26 ton buğda idxal edilib.

Bu barədə Marja.az Dövlət Gömrük Komitəsinin aylıq statistikasına istinadən xəbər verir.

2023-cü ildə Azərbaycana 303 milyon 983 min dollar dəyərində 1 milyon 175 min 341 ton buğda idxal edilmişdi.

Beləliklə, Azərbaycana buğda idxalı 2024-cü ildə 2023-cü illə müqayisədə dəyər ifadəsilə 24 milyon 302 min dollar və ya 8% azalıb, miqdar ifadəsilə 116 min 685 ton və ya 10% artıb.

1 ton buğdanın orta statistik dəyəri 2023-cü ildə 259 dollar ikən, 2024-cü ildə 216 dollara düşüb (43 dollar ucuzlaşıb). 

buğda idxalı
Chosen
18
1
marja.az

10Sources