Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) "Gənclik" və "28 may" metrostansiyaları ətrafında bəzi yollarda işıqforların işləməməsinin səbəbinə aydınlıq gətirib.
Qurumdan "Report"a bildirilib ki, qeyd olunan yollarda işıqforların işləməməsinə səbəb qurğularda yaranan problem yox, əraziyə verilən elektrik enerjisinin kəsilməsi olub:
"Aidiyyəti dövlət qurumu tərəfindən qısa zamanda elektrik enerjisinin verilişi bərpa olunub və hazırda işıqforlar tam işlək vəziyyətdədir".