Bir neçə gün əvvəl Göyçayda baş vermiş bədbəxt hadisə nəticəsində yanıq xəsarətləri alan şəxs ölüb.
APA-nin Şirvan bürosu xəbər verir ki, yanvarın 16-da Göyçay rayonunda evin hamamında su qızdırıcısının partlaması nəticəsində üzərinə qaynar su tökülərək xəsarət almış 34 yaşlı Sevinc Cəfərova xəstəxanada dünyasını dəyişib.