“BP-Azərbaycan” "Şahdəniz"də yeni platforman tikəcək
“BP-Azərbaycan” şirkəti Xəzər dənizin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz yatağında yeni platforma inşa etməyi planlaşdırır.
Bu barədə şirkətin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu, tamamilə yeni kompressor platforması olacaq və "Şahdəniz" yatağının bəzi laylarından aşağı təzyiqli qazın Səngəçal terminalına çatdırılması üçün nəzərdə tutulur.