İlon Mask onsuz reallaşdırılan layihəyə şübhə edir
“SpaceX” şirkətinin sahibi İlon Mask ABŞ-da ən böyük süni intellektin inkişafı şirkətinin yaradılmasına şübhə ilə yanaşır.
Reyting.az-ın məlumatına görə, milyarder İlon Mask bir müddət əvvəl ABŞ Prezidenti Donald Tramp tərəfindən yaradıldığı elan olunmuş süni intellektin (AI) inkişafı şirkəti "StarGate"-in maliyyə imkanlarını şübhə altına alıb. Bəziləri isə bunu İ. Maskın qısqanclığı kimi başa düşdüklərini qeyd ediblər.
Xatırladaq ki, Tramp bu müasir texnoloji sahəyə, eləcə də yeni süni intellekt infrastrukturuna təxminən 500 milyard dollara yaxın sərmayə qoyan böyük bir şirkətin yaradılması barədə məlumat verib. Açıqlamasından dərhal sonra ABŞ Prezidenti proqram təminatı istehsalçısı olan "Oracle" şirkəti, "SoftBank" Yaponiya investisiya holdinqi və süni intellektin proqram təminatı istehsalçısı "OpenAI" şirkətinin rəhbərləri ilə görüşüb.
İ. Mask isə bildirib ki, adıçəkilən şirkətlərin bu qədər vəsaiti yoxdur. “Üstəlik, daha çox adı hallanan "SoftBank"-da təxminən 10 milyard dollardan az olan bir vəsaitlə dəstək görür. Ancaq mənim daha çox və yaxşı səlahiyyətlərim var", - deyə İ. Mask "X" sosial media səhifəsində "OpenAI" şirkətinin "StarGate" yaratması barədə elanla bağlı yazıb.
Onu da xatırladaq ki, İ. Mask 2015-ci ildə məşhur "OpenAI" şirkətinin həmtəsisçisi olub, lakin sonra o, bu layihə ilə əlaqələri tamamilə kəsib.
Oqtay QORÇU