Türkiyənin Bolu vilayətindəki Kartalkaya xizək kurortundakı hoteldə baş verən yanğında ölənlərdən 36 nəfəri uşaq olub.
"Report" xəbər verir ki, bu barədə "CNN Türk" məlumat yayıb.
Bildirilib ki, həyatını itirən 78 nəfərin hamısının şəxsiyyəti artıq məlum olub.
Xatırladaq ki, hoteldə yanğın yanvarın 21-i gecə saatlarında baş verib. Yanğın zamanı müəssisədə ümumilikdə 238 qonaq olub. Bununla əlaqədar yanvarın 22-də Türkiyədə matəm elan edilib.