EN

PAŞA Kapital Glensol şirkətinin ilk korporativ istiqrazlarını təqdim edir

Bakı. Trend:

Dövlət və korporativ istiqrazlar üzrə illərdir ki, liderliyiniqoruyan PAŞA Kapital, "Nobel Energy"nin törəmə şirkəti olan"Global Energy Solutions" (Glensol) şirkətinin ilkkorporativ istiqrazlarının abunə yazılışına start verib.

İstiqraz buraxılışını ümumi həcmi 10 milyon AZNtəşkil edir və hər biri 5 milyon AZN olmaqla ikitranşda həyata keçiriləcək. 21 yanvar tarixində başlayaraqiki həftə ərzində davam edəcək birinci tranşda istiqrazəldə edən investorlar rüblük olaraq 12% illikgəlir əldə edəcəklər.

"PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-nin anderrayteri olduğuistiqrazların əsas xüsusiyyətləri aşağıdakı kimidir:

  • Nominal dəyər: 100 AZN
  • Gəlirlilik faizi: İllik 12%
  • Kupon ödənişi: rüblük
  • Tədavül müddəti: 2 il
  • Növ: Sənədsiz, adlı, faizli, təminedilməmiş

Bu emissiyadan əldə edilən vəsait neft-mədənəməliyyatlarının, avadanlıqlar üzrə texniki xidmət fəaliyyətlərinininkişafına yönəldiləcək və eyni zamanda enerji sektorundadayanıqlı layihələrin həyata keçirilməsi üçünistifadə olunacaq.

İstiqrazları əldə etmək istəyən şəxslər 04 fevral2025-ci il tarixinədək PAŞA Kapital-ın onlayn müraciət platforması- https://www.pashacapital.az/trading/glensolvasitəsilə müraciət edərək abunə yazılışında iştirak edəbilər.

PAŞA Kapital İnvestisiya Şirkətinin məhsul və xidmətlərihaqqında daha ətraflı məlumat üçün 1548 nömrəsi ilə əlaqə saxlayavə ya https://www.pashacapital.az/saytına daxil ola bilərsiniz.

Chosen
24
az.trend.az

1Sources