Azərbaycan Basketbol Liqasının 12-ci turunda "Lənkəran" və "Sumqayıt" komandaları üz-üzə gələcəklər.
Azərbaycan Basketbol Liqasında 12-ci tur davam edir.
"Operativ Media" xəbər verir ki, tur çərçivəsində bu gün daha bir oyun keçiriləcək.
Günün yeganə qarşılaşması B qrupunda baş tutacaq. Autsayder "Lənkəran" “Sumqayıt”ı qəbul edəcək.
Lənkəran Olimpiya İdman Kompleksində keçiriləcək görüş saat 14:00-da başlayacaq.
"Sumqayıt" hazırda 14 xalla qrupda dördüncüdür. Sonuncu - altıncı pillədə olan "Lənkəran"ın isə 13 xalı var.
Qeyd edək ki, XII turun daha əvvəl keçirilən görüşlərində "Abşeron" "Sərhədçi"ni 86:79, "Sabah" isə "Neftçi"ni 75:65 hesabı ilə məğlub edib.