EN

FCSB-nın sahibi: “Bakıda bizə cadu etmişdilər”

“David Mikulesku və Mariuş Ştefanesku zəif oynadıqları üçün fasilədə əvəzləndilər. Hətta qol vurması da David haqda fikrimi dəyişmir”.

İdman.biz xəbər verir ki, bunu FCSB-nın sahibi Cici Bekali deyib.

O, Avropa Liqasının Liqa mərhələsinin VII turunun “Qarabağ”la Bakıda keçirilən oyununun axarından narazı qalıb: “Daniel Birliqea dahiyanə şeylər edirdi. Əlbəttə, matçın qəhrəmanı Adrian Şut idi. Valentin Kretu möhtəşəm oyun keçirdi. Onun cinahında çox güclü rəqib oynayırdı. Bu oyun unutmaq olmaz. Bizimlə görüşdə belə dominantlıq etməzlər. Heç topu saxlaya da bilmirdik. Bakıda bizə cadu etmişdilər. Bu, qara magiya idi”.

Həftəsonu Superliqada UTA ilə görüşəcək FCSB-nın sahibi üçün çempionat Avropa Liqasından daha önəmlidir: “Mən Araddakı oyunu qurban vermirəm. Məni yalnız çempionluq düşündürür. Komandamız “Mançester Yunayted”lə də görüşəcək. Bəzi futbolçular Bakıda bir hissə oynadı, onlar da UTA ilə görüşə çıxacaqlar. Bəlkə Vlad Çiriçeş də heyətə döndü. Biz evdə oynayacağıq. Bütün biletlər satılıb. Azarkeşlər üçün oynayacağıq. Qələbə üçün mübarizə aparacağıq”.

Qeyd edək ki, FCSB Bakıda 3:2 hesablı qələbə qazanıb.

İdman.biz

Chosen
4
8
idman.biz

10Sources