Bakıdakı “Z market” mağazalar şəbəkəsində qablaşdırılmış eşşək südü satışa çıxarılıb.
Modern.az xəbər verir ki, market bir neçə çeşiddə qablaşdırılımış eşşək südü satır. Həmin çeşidlərin qiyməti südün yağlılıq faizinə görə dəyişir. Qablaşdırlımış eşşək südünün qiyməti 2 manat 95 qəpik - 3 manat 55 qəpik arasında dəyişir.
Qeyd edək ki, eşşək südü Avropa ölkələrində çoxdan satışdadır.
Mütəxəssislər deyirlər ki, eşşək südü tərkibindəki protein, kalsium, şəkərin miqdanına görə ana südünə ən yaxın süddür. Tərkibində protein və şəkərin miqdarı ana südündəkindən daha çoxdur. İnək südü bəzi körpələrə allergiya verir, amma alimlərin araşdırmaları eşşək südünün heç bir allergik xüsusiyyətinin olmadığını təsdiq edib. Eşşək südü həzmi rahatlaşdırır, kökəlmə vermir. Bunun səbəbi onun tərkibində olan yağların digər südlərin tərkibində olan yağlardan az olmasıdır.
Amerika, Braziliya, Çili, Fransa, Almaniya, İtaliya, İngiltərə, Çin və bir çox ölklərdə xüsusi fermalarda bu süddən müxtəlif süd məhsulları hazırlayırlar. Eşşək südünün ən çox satıldığı ölkə Hollandiya və Almaniyadır.
Onun orqanizmə aşağıdakı faydaları var:
- mineral çatmazlığını aradan qaldırır
- immun sistemi gücləndirir
- xərçəng riskini azaldır
- astma xəstəliyinin müalicəsində əhəmiyyəti böyükdür
- antibakterial təsirə malikdir
- bronxiti sağaldır
- qara ciyər fəaliyyətini yaxşılaşdırır
- sümükləri möhkəmləndirir
- artıq yağları əridir
- bəlğəmi tamamilə aradan qaldırır
- köpüyünü üzə sürtdükdə sızanaqları yox edir.